JavaScript həm Webin,həm də HTML-nın proqramlaşdırma dilidir.JavaScript-i öyrənmək asandır.Bu dərslərdə siz başlanğıcdan yüksək səviyyəyədək JavaScript öyrənə biləcəksiniz.
Nəyə görə JavaScript öyrənməliyik?
JavaScript bütün web developerlərin bilməli olduğu 3 dildən biridir:
1.HTML veb-səhifənin məzmununu təyin edir;
2.CSS veb-səhifənin sxemini müəyyənləşdirir;
3.JavaScript veb-səhifənin davranışını proqramlaşdırır.
Bunu qısaca izah etmək üçün veb-səhifəni insana bənzədək.HTML bu insanın sümüklərini hazırlayır,CSS bu insanın görünüşünü,JavaScript isə bu insanın hərəkətlərini düzəldir.
Java dilini və JavaScript dilini bir-biri ilə qarışdırmayın.Hər ikisi müxtəlif məzmuna və dizayna məxsusdur.
JavaScript 1995-ci ildə Brendan Eich tərəfindən ixtira olunub və 1997-ci ildə ECMA standartı olub.ECMA-262 standartın rəsmi adıdır.ECMAscript isə dilin rəsmi adıdır.
Bunlardan başqa dərslərimizdə "Özün yoxla" adı ilə yazılmış linklərə daxil olaraq öyrəndiklərinizi təcrübədən keçirə biləcəksiniz.

Yorumlar
Yorum Gönder