JavaScript - Hara yazmalı?

HTML-da JavaScriptin bütün kodları etiketləri(tag) arasında yazılmalıdır.

 < script >
document.getElementById("demo").innerHTML = "Mənim ilk JavaScript yazım";
< / script > 

Nəticə ekrana belə çıxacaqdır:

Mənim ilk JavaScript yazım

JavaScript funksiyası kodlar blokudur və bu blok lazım olduğunda "çağırıla" bilər.Məsələn,funksiya bir hadisə baş verən zaman "çağırıla" bilər.Belə hadisəyə nümunə olaraq istifadəçinin düyməyə klikləməsini deyə bilərik.Növbəti dərslərdə funksiyalar və belə hadisələr haqqında daha çox öyrənəcəyik.

Siz HTML dokumentinin içinə istənilən sayda skript(Javascript kodları) yerləşdirə bilərsiniz.Bu kodlar HTML dokumentinin həm ,həm ,həm də hər iki hissəsində yerləşdirilə bilər.
Aşağıdakı nümunədə skript HTML dokumentinin < head > hissəsində yerləşdirilib:

 < !DOCTYPE html >
< html >
< head >
< script >
function myFunction() {
    document.getElementById("demo").innerHTML = "Gördüyünüz kimi head hissəsində yazılan funksiya düyməyə kliklədiyimiz zaman 'çağırıldı'.";
}
< /script >
< /head >

< body >

Nəticəni düyməyə kliklədiyiniz zaman görəcəksiniz.

< button type="button" onclick="myFunction()">Klikləyin < /body > < /html >

İndi isə hissəsində yazılan funksiya nümunəsinə baxaq:

< !DOCTYPE html >
< html >
< body >

< p id="aaa">Bu bir yazıdır.

< button type="button" onclick="myFunctions()">Klikləyin < script > function myFunctions () { document. getElementById("aaa").innerHTML = "Yazımız dəyişdi."; } < /script > < /body > < /html >

Nəticə:

Bu bir yazıdır.

Skript yığılması ekran görüntüsünü zəiflədir,lakin hissəsində yığılan skript ekran görüntüsünü yaxşılaşdırır.
Skriptlər həmçinin xarici fayllar içərisində yerləşdirilə bilər.Bunlara xarici skriptlər deyilir.Xarici skriptlər eyni kod bir neçə veb səhifədə işlədilən zaman istifadə olunur.
JavaScript fayllarının genişlənməsi .js olur.Xarici skript istifadə etmək üçün "< script >" etiketinin içərisinə src(source-mənbə) atributuna xarici skriptin adı yazılmış şəkildə yerləşdirin.Xarici skriptlərə aid nümunəyə baxmaq üçün bura daxil olun! Siz xarici skripti həm body,həm də head hissəsində yerləşdirə bilərsiniz.Xarici skriptlərin

Xarici skriptlər tam URL-ə və ya cari veb-səhifəyə yaxın yola istinad edə bilərlər.Aşağıda bunlara aid bir neçə nümunə vardır.Nümunələrə baxmaq üççün yazılara klikləyin:

1.Bu nümunə skripti əlavə etmək üçün tam URL istifadə edir.
2.Bu nümunə veb saytdakı xüsusi qovluqda yerləşən skriptdən istifadə edir.
3.Bu nümunə cari səhifənin eyni qovluğunda yerləşən bir skriptə aiddir.

Fayl yolları barədə gələn dərslərdə daha geniş öyrənəcəyik.

Yorumlar