JavaScript - Tanışlıq

JavaScript HTML-in məzmununu dəyişdirə bilər.Bu vasitələrdən biri budur: getElementById().Bu nümunə HTML elementini (id=demo ilə) "tapmaq" vasitəsini işlədir və elementin məzmununu (innerHTML) "Salam,JavaScript!" olaraq dəyişdirir:

document.getElementById("demo").innerHTML = "Salam,JavaScript!";

Aşağıda "Klikləyin!" sözünə tıklayraq nəticəni görə bilərsiniz.(Kodun tam versiyasını görmək üçün bura daxil olun)

Javascript bütün HTML məzmununu dəyişdirə bilir.

JavaScript həm iki,həm də bir dırnaq işarəsini qəbul edir:

document.getElementById('demo').innerHTML = 'Hello JavaScript';

JavaScript həm də HTML atributlarını dəyişdirə bilir.Yəni görəcəyiniz nümunədə JavaScript vasitəsilə lampa şəkli yanıb sönə bilir.Nümunəyə buradan daxil olub baxa bilərsiniz. Kodunu gələcək dərslərimizdə öyrənəcəyik.

Bundan başqa JavaScript veb-səhifənin görüntüsünü dəyişə bilir.Aşağıda "Klikləyin!" sözünə tıklayaraq görə bilərsiniz:

JavaScript HTML elementlərinin görünüşünü dəyişə bilir.

JavaScript HTML elementlərini gizlədə bilir.Aşağıdakı nümunəyə baxın:

JavaScript HTML elementlərini gizlədir.

JavaScript HTML elementlərini göstərə bilir.Gizlətmə və göstərmə display stilini dəyişməklə mümkün ola bilir.Bunun haqqında gələcək dərslərimizdə daha geniş öyrənəcəyik.Aşağıda nümunəyə baxa bilərsiniz:

Buradan gizlətməgöstərmə nümunələrinin kodlarına baxa bilərsiniz.

Bunlar JavaScriptin həyata keçirə bildiyi əməliyyatlar idi.Biz növbəti dərslərimizdə bu əməliyyatları necə həyata keçirdiyini öyrənəcəyik.

Yorumlar